Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaqbackend

Sabah üç rayonun qaz təchizatında fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə sabah saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən NOCOMMENT-ə verilən məlumata görə, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

“Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır”, – deyə məlumatda bildirilib.