Sabah yağış yağacaqbackend

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12°, gündüz 14-17° olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 14-19°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° olacaq.