Sabah Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə noyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.