Sabahdan Azərbaycan telekanallarında YENİLİK OLACAQbackend

Sabahdan Azərbaycan telekanallarında YENİLİK OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 mart 2024-cü il tarixində gecə saat 01:00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Qeyd edilib ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.