Sabahdan Azərbaycanda payız fəsli başlayırbackend

Sabahdan Azərbaycanda payız fəsli başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

NOCOMMENT xəbər verir ki, payız fəsli ölkəyə sentyabrın 22-də saat 17:30:36-da daxil olacaq.

Payız fəslinin başlaması ilə gecə-gündüz bərabərləşir. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.

Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə şimal yarımkürəsində soyuqlar müşahidə olunur.