Sabahdan BU ÖLKƏDƏ rus dilində danışmaq qadağan edilirbackend

Sabahdan BU ÖLKƏDƏ rus dilində danışmaq qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan Ukraynanın xidmət sahəsində rus dilindən istifadə tamamilə qadağan ediləcək.

NOCOMMENT.az xəbər verir ki, Lenta.ru-nun yaydığı məlumata görə yeni qaydaların tətbiqindən sonra millətlərarası qarşıdurma və prezident Vladimirr Zelenskinin reytinqinin aşağı düşmə qorxusu var.

Ancaq Ukrayna səlahiyyətliləri bunu “təcavüzkar ölkədən”, yəni Rusiyadan ayrılığın sonu kimi qəbul edirlər. Təşəbbüs əhalinin vətənpərvər hissəsi tərəfindən də dəstəklənir.

Qeyd edək ki, bununla bağlı müvafiq qanun Petro Poroşenkonun rəhbərliyi altında qəbul edilib və nəhayət indi qüvvəyə minib. Bundan sonra Ukrayna vətəndaşları rus dilində yalnız mətbəxlərində danışa biləcəklər.