Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılırbackend

Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.

O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib: “Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi”.