Sabahın HAVA PROQNOZU: Əsgərlərimiz üçün əlverilşlidirbackend

Sabahın HAVA PROQNOZU: Əsgərlərimiz üçün əlverilşlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq.

Oktyabrın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-25, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.