Sabiq Aparat rəhbərinə hökm oxundubackend

Sabiq Aparat rəhbərinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevə hökm oxunub.

NOCOMMENT-in xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev son söz deyib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.