Sabiq baş həkim məhkəməyə məcburi gətiriləcəkbackend

Sabiq baş həkim məhkəməyə məcburi gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın məhkəməsi yenidən təxirə salınıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmə prosesindən yayındığına görə barəsində məcburi gətirilmə qərarı verilib.

Bugünkü prosesdə təqsirləndirilən şəxsin vəkili K.Abbasovanın stasionar müalicə aldığı, bu səbəbdən prosesdə iştirak edə bilməyəcəyi barədə sənəd təqdim edib.

Proses sentyabrın 17-nə təxirə salınıb.