Sabiq baş nazir: Ölkəni ərzaq qıtlığı gözləyir…backend

Sabiq baş nazir: Ölkəni ərzaq qıtlığı gözləyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Paşinyan hakimiyyətini, eləcə də Ermənistan Mərkəzi Bankının rəhbərliyini səriştəsizlikdə və düzgün maliyyə siyasəti apara bilməməkdə sərt tənqid edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Baqratyan ölkədə mart, aprel və may aylarında aclıq ola biləcəyini anons edib. Keçmiş baş nazir Qrant Baqratyan bu gün təşkil etdiyi mətbuat konfransında açıqlayıb ki, qarşıdakı böhranın səbəbi Qarabağdakı müharibə nəticəsində ərazi itkiləridir.

“Mart, aprel, may aylarında aclıq keçirə bilərik. Hələlik yaxşı bir şey görmürəm. Məsələ ondadır ki, ciddi ərazi itkilərimiz oldu. Minlərlə hektar əkin sahələrini, otlaqlarımızı, buğda sahələrimizi itirdik”, – deyə Baqratyan bildirib.

Baqratyan əmindir ki, Azərbaycana verilən hər yeni ərazi ilə Ermənistan kənd təsərrüfatı potensialının bir hissəsini itirir.

Keçmiş baş nazir Mərkəzi Bankın siyasətindən də narazıdır. O, ölkənin valyuta ehtiyatlarının hər ay əridiyini bildirərək Mərkəzi Bank rəhbərliyini bacarıqsızlıqda günahlandırıb: “Təkcə oktyabr ayı ərzində Mərkəzi Bank 500 milyon dollarlıq pulu havaya sovurdu”.

Xatırladaq ki, Baqratyan 1993-1996-cı illərdə ölkənin baş naziri olub. İxtisasca iqtisadçıdır. 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürmüşdü.