Sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilibbackend

Sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan SQ-nin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.

NOCOMMENT.az bildirir ki, bu barədə jurnalist, siyasi ekspert Elçin alıoğlu öz feysbuk hesabında paylaşım edib.

Bu barədə nüfuzlu “Middle East Eye” qəzetinin müxbiri Ragıp Soylu diplomatik mənbələrə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.

“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən SQ-in o zamankı BQ rəisi Nəcməddin Sadıkov olub.

Belə ki, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.