Sabiq bələdiyyə sədrinə cinayət işi açılıbbackend

Sabiq bələdiyyə sədrinə cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi başlanılıb.

Rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, rayonun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Aparılan araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.