Sabiq deputat: Evdə arvada kömək edirəmbackend

Sabiq deputat: Evdə arvada kömək edirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputatlar hazırda nə işlə məşğuldurlar?

NOCOMMENT xəbər verir ki, KONKRET.az “sabiqlər haradadır?” layihəsi çərçivəsində vaxtilə önəmli postlar tutan şəxslərə suallar ünvanlayacaq.

İlk müraciət olunan şəxs sabiq deputat, Azərbaycan Bədən tərbiyəsi və idman Akademiyasının keçmiş rektoru Ağacan Abıyev oldu.

Ağacan Abıyev hazırda hansı işlə məşğuldur?

Sabiq deputat açıqlamasında bildirib ki, hazırda ev işləri ilə məşğuldur:

“Evdə arvada kömək edirəm. Mən idmançıyam, ona görə cavan qalmışam. Amma arvad qocalıb. Əlimdən hər iş gəlir. Ev işləri ilə məşğulam. Övladlarıma, nəvələrimə, nəticələrimə kömək edirəm. Allah sizlərə də qismət eləsin. Nəvə-nəticələrlə məşğul olmaq çox qiymətlidir. Başqa heç bir şeylə maraqlanmıram”.