Sabiq deputat Ramiz Mehdiyevə qarşı – MƏHKƏMƏbackend

Sabiq deputat Ramiz Mehdiyevə qarşı – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat, sabiq Nəqliyayt naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq.

Qeyd olunur ki, iddia əmək münasibətləri üzrə mübahisələrlə əlaqəli qaldırılıb.

Məlumat üçün bildirək ki, Texniki Universitetdə prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.

Ötən ilin aprel ayında isə mətbuatda Elton Məmmədovun işdən çıxarılması barədə məlumatlar yayıldı. Daha sonra Elton Məmmədov mətbuata verdiyi açıqlmada AMEA-nı məhkəməyə verdiyini bildirib. Səbail Rayon Məhkəməsinin 10 dekabr tarixli qərarı ilə Elton Məmmədov işinə bərpa olunub.