Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub.
NOCOMMENT xəbər verir ki, yenicag-ın əldə etdiyi məlumata görə, COViD-19-a yoluxan Rafael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb.
Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər.
Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.