Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları bildiriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.
2002-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib.\\Oxu.Az