Sabiq deputatdan sərt açıqlama: “Cəlal Qurbanov Ukraynada oğurluq üstə həbsxanada da yatıb”backend

Sabiq deputatdan sərt açıqlama: “Cəlal Qurbanov Ukraynada oğurluq üstə həbsxanada da yatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda yaşanan təbii fəlakətdə hamı ayrı-ayrı idarələri, məmurları günahlandırdı. Onları rüşvətxorluqda, korrupsiyada ittiham etdi. Əslində bütün bu haqlı ittihamlarla bərabər bir bir əsas səbəb də bir sıra vəzifələrə naşı, təsadüfi insanları rüşvət və ya tanışlıqla işə götürülməsidir. Bizim bir sıra məmurlar rüşvət və tanışlıq müqabilində hər cür addımlar atırlar. Diqqət edin; görün Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quliyevin Baş məsləhətçisi Cəlal Qurbanov kimdir? Araşdırmamaz zamanı aydın olub ki, adamın Ali təhsili belə yoxdur”.

NOCOMMENT.az Vətəninfo.az-a istinadən xəbər verir ki,bu iddia ilə sabiq millət vəkili Etibar Hüseynov çıxış edib. Sabiq deputat “facebook”sosial şəbəkəsi hesabında yaydığı açıqlamada iddiaları daha da artırıb: “ İşə Ukraynanın hansısa universitetindən “aldığı” saxta diplom təqdim edib. Amma bu harasıdır. Sən demə həmin bu Cəlal Qurbanov Ukraynada olduğu müddətdə oğurluq üstə həbsxanada da yatıb. Yəni rəsmi olaraq məhkumluğu var. Adam 2019-cu ildə Ukraynanaın Ternopıl şəhərində olarkən gecə radələrində Oleynik Marina adlı bir xanımın mənzilinə gizlincə daxil olaraq ona məxsus zinyət əşyalarını oğurlayıbmış. İndi bu qızıl oğrusu gəlib hansısa yolla İcra hakimiyyətində işə düzəlib. Özü də nə az, nə çox- Baş məsləhətçi vəzifəsinə. İndi maraqlıdır ki, bu Cəlal Qurbanov bu müddət ərzində İcara başçısına hansı “məsləhət”ləri verirmiş? Nəyi, necə oğurlamaq olar-filanmı? Ya nə?…”.

Redaksiyadan: Bir daha qeyd edirik ki,bu fikirləri sabiq millət vəkili yayımlayıb və qarşı tərəfin iddialarla bağlı mövqeini dərc etməyə hazırıq.