Sabiq deputatdan SƏRT SÖZLƏR: Şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb…backend

Sabiq deputatdan SƏRT SÖZLƏR: Şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin keçmiş deputatı, telejurnalist Etibar Hüseynov Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu tənqid edən fikirlər səsləndirib.

Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən…

Gepostet von Etibar Huseynov am Sonntag, 21. Juni 2020

NOCOMMENT keçmiş deputatın həmin fikirlərini təqdim edir: “Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən.

Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan? O vaxtlar kimin yanındaydın? Kimlərlə foto çəkdirirdin? Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir?

Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, “bəzi saytlar sənə böhtan atır”; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, “qaşığına çıxandan” niyə təəccüblənirsən ki? Sitatın Sonu”.