Sabiq deputatın feysbuk hesabı OĞURLANDIbackend

Sabiq deputatın feysbuk hesabı OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş deputat Sona Əliyevanın sosial şəbəkə hesabına kiber hücum təşkil olunub.

NOCOMMENT xəbər verir ki, modern.az-a açıqlama verən eks-deputat son vaxtlar səhifəsindən aktiv istifadə etmədiyi üçün bu gün xəbərdar olduğunu bildirib.

“Səhər səhifəmdə paylaşım etmək istəyəndə axtarışda tapa bilmədim. Səhifə proqramında da 19 min izləyicisi olan səhifəm çıxmadı. Ona görə feysbuk profilimdən belə status paylaşdım”.

S.Əliyeva gün ərzində bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəciyini bildirib: “İzləyicilərə demək istəyirəm ki, səhifəmdə hər hansı paylaşım olarsa, bunun mən tərəfindən edilmədiyini və bu barədə mənə məlumat vermələrini xahiş edirəm”.