Sabiq deputatın məhkəməsi davam edir: Zərərçəkmişdən ŞOK İTTİHAMbackend

Sabiq deputatın məhkəməsi davam edir: Zərərçəkmişdən ŞOK İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.

Prosesdə zərərçəkmiş ifadələri dinlənilib.

Zərərçəkmişlər Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sonuncunun pulu qaytarmadığını bildiriblər.

Zərərçəkmiş Yusif Orucov deyib ki, o, sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşüb və şəxsən 100 min dollar pul verib.

Digər zərərçəkmiş Şəfanə Məmmədova 10 min dollar artıqlaması ilə pulu geri almaq şərti ilə R.Cəbrayılova 50 min dollar verdiyini deyib.

Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.

Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib.

R.Cəbrayılov zərərçəkmişlərin ifadələrini rədd edərək, onlardan pulları 2,5 faizlə borc kimi aldığını və əksəriyyətini geri qaytardığını bildirib.

Növbəti iclas sentyabrın 2-ə təyin olunub.