Sabiq icra başçısı məhkəmədə ifadə veribbackend

Sabiq icra başçısı məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı ittiham aktını elan edib və o, sərbəst ifadə verib.

NOCOMMENT xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə N.Zeynalov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs dindirilən zaman ittihamları qəbul etmədiyini və günahsız olduğunu deyib.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan şirkətlərin nümayəndələri və şahidlər ifadə veriblər.

Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.