Sabiq icra başçısı və digərlərinin cəzası azaldıldıbackend

Sabiq icra başçısı və digərlərinin cəzası azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki,Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.

Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.