Sabiq icra başçısına qanunsuz silah saxlama ilə bağlı ittiham irəli sürülübbackend

Sabiq icra başçısına qanunsuz silah saxlama ilə bağlı ittiham irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

NOCOMMENT-in xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktına əsasən, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin V.Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda V.Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

V.Hacıyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 28-də davam etdiriləcək.