Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla vəzifə cinayətləri ilə bağlı həbs olunan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
NOCOMMENT apa-ya istinadən məlumat verir ki, Səbail Rayon Məhkəməsində sabiq icra başçının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə A.Məmmədovun həbs-qətimkan tədbiri müddətinin daha 3 ay uzadılması ilə bağlı qərar verib.