Sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcəkbackend

Sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsi Bakıda keçiriəcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən NOCOMMENT-ə verilən məlumata görə, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik edəcək.

Xatırladaq ki, yanvarın əvvəlində N.Zeynalovun cinayət işi üzrə hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi. N.Zeynalov 2 milyon manatı mənimsəmədə ittiham olunur.