Sabiq icra başçısının məhkəməsinin vaxtı açıqlandıbackend

Sabiq icra başçısının məhkəməsinin vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün hakim Nural Əliyevin icratına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub.

Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.