Sabiq icra başçısının xanım müavini HƏBS OLUNDUbackend

Sabiq icra başçısının xanım müavini HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalanın sabiq icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, digər müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, G.Sadıqova 6 il azadlıqdan mərhum edilib. O, məhkəmə zalında həbs olunub.