Sabiq idarə rəsinin istintaqı başa çatdıbackend

Sabiq idarə rəsinin istintaqı başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda rüşvət verməkdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov, Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT teleqrafa istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

O, 2018-ci ildə vətəndaşlara 150 min manatdan çox dələduzluq edib.

Samir Nəsirov həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.