Sabiq nazirə yeni nazirlikdə vəzifə verildibackend

Sabiq nazirə yeni nazirlikdə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb.

Yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, filiala rəhbərlik Rövşən Həmid oğlu Rövşən həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

RİNN-dən xəbəri təsdiq ediblər.

Xatırladaq ki, indiyə qədər “Aztelekom”un 2 yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən “Şimal-Şərq Regional Filialı” və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən “Aran Regional Filialı”dır.
“Şimal-Şərq Regional Filialı”na müdir Nəriman Salmanov, “Aran Regional Filialı”a müdir isə Kərəm İbrahimov təyin olunub.
Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.