Sabiq nazirin “5-ci kolon” İTTİHAMI – Arxivlər AÇIQLACAQMI?backend

Sabiq nazirin “5-ci kolon” İTTİHAMI – Arxivlər AÇIQLACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib.

Diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

T. Zülfüqarov qeyd edib ki, hazırda hüquq-mühafizə orqanlarının təqdim etdiyi “ifşaedici materiallar” çox vaxt mətbuatda əvvəllər dərc olunmuş məlumatlardan ibarətdir. Onun sözlərinə görə, artıq daha köklü tədbirlərin görülməsinin vaxtı çatıb: “Arxivləri açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən “beşinci kolon” üzvlərini göstərməyin vaxtı deyilmi?”

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Vasif Həsənli qeyd edib ki, Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır:

“Rusiya, Qərb agentləri, İranın təsir şəbəkəsi – bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib. Azərbaycan heç vaxt imkan verməyib ki, hər hansı qüvvə ölkəmizdən öz maraqları üçün istifadə etsin. Bu, Azərbaycan üçün həm milli təhlükəsizlik, həm də siyasi sabitlik baxımından ciddi əhəmiyyət kəsb edir. Son günlər açıqlanan faktlar cəmiyyətdə geniş rezonans doğurur və siyasi müzakirələri aktivləşdirir”.

Vasif Həsənli

Həsənli qeyd edib ki, son günlərdə əldə olunan faktlar və hüquqi proseslər bir daha göstərir ki, Azərbaycanda dövlətçilik və milli maraqlara qarşı gizli şəkildə formalaşdırılmış xəyanət şəbəkəsinin bütün qolları artıq hüquqi müstəvidə açılır və ifşa edilir:

“İstintaq materialları, əməliyyat tədbirləri və ortaya çıxan mənbələr zaman-zaman cəmiyyətdə səsləndirilən şübhələrin təsadüfi olmadığını sübut etdi.Azərbaycanın milli maraqlarına zidd istənilən fəaliyyət hüquqi qiymətini alacaq. Xəyanətkar planlar ifşa ediləcək. Milli sabitliyi pozmağa çalışan heç kim cəzasız qalmayacaq”.

Tunar
NOCOMMENT.az