Sabiq nazirin şirkəti nizamnamə kapitalını azaldırbackend

Sabiq nazirin şirkəti nizamnamə kapitalını azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC (VÖEN 1400064731) nizamnamə kapitalının azaldığını elan edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin saytında yayımlanıb.

Məlumat üçün bildirək ki, niamnamı kapitalı 6 200 manat olan “İmprotex Motors” MMC 1997-ci ildən fəaliyyət göstərir.

Onu da bildirək ki, bu ilin aprel ayında “İmprotex Motors” MMC “İmproteks Treydinq” KM-nin (VÖEN 1400091941) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İmproteks Treydinq” KM-nin qoşulma nəticəsində ləğv olunduğunu da elan edib.

Qeyd edək ki, “İmprotex Motors” MMC və “İmproteks Treydinq” KM-nin sabiq əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.