Sabiq prezident həbs olundu – FOTObackend

Sabiq prezident həbs olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın sabiq prezidenti Li Myunq-bak həbs olunub.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, o, vəzifəsindən sui-istifadədə ittiham edilib.

Ölkənin Ali Məhkəməsinin ötən həftə verdiyi qərardan sonra sabiq prezident bu gün günorta saatlarında paytaxt Seuldakı evindən həbsxanaya aparılıb.

Li Myunq-bak

Qeyd edək ki, o, sahibi olduğu DAS şirkətinin fondundan 22 milyard dollar ələ keçirdiyi, bundan başqa, 8,2 milyon dollar rüşvət aldığı üçün 15 il həbs cəzasına məhkum edilib. Sabiq prezident həbslə yanaşı, 10,9 milyard dollar cərimə ödəməli olacaq.