Sabiq rəis FHN-ni məhkəməyə verdibackend

Sabiq rəis FHN-ni məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, daxili xidmət mayoru Ozal Məmmədli məhkəmə yolu ilə işinə bərpa olunmaq istəyir.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Ozal Məmmədli bu məqsədlə FHN-ni məhkəməyə verib. Onun iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanın icraatındadır.

Ozal Məmmədli dələduzluq əməlində təqsirləndirilib. Bu səbəbdən işdən çıxarılıb.

Onun barəsində Cinayə Məcəlləsinin 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi18 dekabr 2023-cü il tarixində Ozal Məmmədlı̇ barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, məhkəmə Ozal Məmmədlini məsuliyyətdən azad edib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.