KoronaVirus İnformasiya Portalı
Sabiq sektor müdiri Milli Məclisi məhkəməyə verdibackend

Sabiq sektor müdiri Milli Məclisi məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq sektor müdiri məhkəməyə müraciət edib.

NOCOMMENT xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri işləmiş Rahim Sərhad oğlu Axundov inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı Ali Məhkəməyə müraciət edib.

R.Axundov kassasiya şikayətində sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işəburaxma üçün əmək haqqının ödənilməsi tələbini qoyub. Məhkəmə prosesi hakim İspəndiyar Şəfiyevin sədrliyi ilə keçiriləcək.

Onu da bildirək ki, Rahim Axundov 1-ci və 2-ci instansiya məhkəmələrini uduzub.