Sabiq XİN başçısından bədbin proqnoz: Bu tezlikdə sülh mümkün deyil!backend

Sabiq XİN başçısından bədbin proqnoz: Bu tezlikdə sülh mümkün deyil!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqlar 23-24 yanvar tarixlərində baş tutub. Danışıqların müsbət tonda keçdiyi bildirilsə də, yeni raundun gələn həftə baş tutacağı qeyd olunub.

Əbu-Dabi görüşü Rusiya-Ukrayna müharibəsinin gələcəyi baxımından hansı müsbət yeniliklərə şahid ola bilər? Tərəflər ortaq məxrəcə gələ biləcəklərmi?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi üçün vaxt hələ yetişməyib:

“Məsələ ondadır ki, tərəflərin mövqeləri üst-üstə düşmür. Tərəflər arasında ərazi məsələsi var ki, onun həlli indiki məqamda çox çətindir. Çünki Rusiya artıq Donbas və Luqanskı öz konstitusiyası ilə ərazisinin bir hissəsi elan edib. Yəni Rusiya bu ərazilərdən geri çəkiləcəksə, konstitusiyanı dəyişməlidir. Digər tərəfdən, Ukraynanın konstitusiyasında da həmin ərazilər Kiyevin bir hissəsi kimi əks olunub”.

“Tərəflərin kompromisə getməsi lazımdır. Lakin mən hələlik heç bir tərəfin buna meyilli olduğunun şahidi olmamışam. Gələn həftəyə qədər də bu, mümkün görünmür” – deyə sabiq xarici işlər naziri bildirib.

Atilla Rzasoy