Sabir Rüstəmxanlı AzTV-ni bu verilişə görə tənqid etdibackend

Sabir Rüstəmxanlı AzTV-ni bu verilişə görə tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq şairi, deputat Sabir Rüstəmxanlı Azərbaycan Televiziyasının “​Oxuyur Vətən” layihəsini (AzTV) tənqid edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən millət vəkili layihədə Əməkdar artist Babək Niftəliyevin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının Zəngilanda dağıntılar arasında lentə alınmasını birmənalı qaşılamayıb:

“Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini… Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar.

Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək… Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmaqlamağa başladı…

İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim…”

***

Millət vəkilinin iradına AzTV-dən cavab gecikməyib.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin cavabında bildirilir ki, layihənin məqsədi gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır:

“Bəzən elə məsələlər var ki, sözün düzü, açıqlama vermək belə çətindir. Millət vəkili Sabir Rüstəmxanlının “Oxuyur Vətən” layihəsinə iradı, işğaldan azad olunmuş ərazilərdə səslənən “Qarabağ şikəstəsi”, “Xudayar” təsnifi, “Qarabağ”, “Ey Vətən”, “Azərbaycan” və s. xalq və müəllif mahnılarının səsləndirilməsinə neqativ reaksiyası və həmin mahnıları “şit diringi” adlandırması əsla anlaşılan deyil.

Telekanaldan bildiriblər ki, S. Rüstəmxanlının irad tutduğu “Xudayar” təsnifinin Zəngilanda dağıntılar fonunda ifasına gəlincə isə burada da nəyəsə irad tutulması başadüşülən deyil və məntiqsiz görünür:

“Çünki şəhidimiz Xudayar Yusifzadə bu təsnifi məhz Zəngilanda ifa edib və məhz Zəngilanda da şəhidlik zirvəsinə ucalıb. Bundan başqa, Azərbaycanın məqsədi ermənilərin işğal dövründə torpaqlarımızı viran qoyduğunu dünyaya çatdırmaqdır. “Oxuyur Vətən” layihəsinin də məqsədi, heç şübhəsiz ki, gözəllikləri deyil, məhz erməni vəhşiliyinin izlərini musiqinin dili ilə xalqa və dünyaya çatdırmaqdır”.

S.Rüstəmxanlının söz açdığı görüntüləri təqdim edirik: