Sabir Rüstəmxanlıya nə olub? – Daxili qanaxması var imiş…backend

Sabir Rüstəmxanlıya nə olub? – Daxili qanaxması var imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəstəlik gözlənilmədən qapımı döydü. Dəyərli dostum, böyük tarixçi alimimiz Firudin Ağasıoğlunun peşəkarlığınına, təcrübəsinə güvəndiyim oğlu, Bakı Medikal Plazənin məşhur cərrahı Tengizlə görüşdüm. O, əməliyyatın qaçılmaz olduğunu dedi və bir həftədə ayağımda 2 ağır əməliyyat apardı – biri daxili qanaxmadan. İndi yavaş- yavaş gəzirəm”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

“Mənə əmi deyən əziz Tengizə, reanımasiya şöbəsinin müdiri Elxan Bəşirova, anistozoloq Oqtay Şamilova, radiologiya sahəsinin yüksək səviyyəli mütəxəssisi Fidan xanım Şükürovaya,ümumu cərrahiyyə şöbəsindən Niyazi Qənbərliyə, poliklinikadan Hidayət Məmmədzadəyə ən gərgin anlarımda başımın üstündə olduqlarına görə təşəkkür edirəm. Onların sayəsində həyatın daha bir sınağından keçdim. Bir də klinikada arı kimi çalışan qoruyucu mələklərə, tibb bacılarına – Güllərə, Ayselə, Kəmaləyə, Laləyə və adlarını xatırlamadığım texniki işçilərə dərin minnətdarlığımı bildirirəm…

Yaxşı ki çətinə düşəndə ürəklə üz tuta biləcəyimiz belə tibb müəssisələrimiz və güvənə biləcəyimiz gözəl mütəxəsslərimiz var! Hamısına can sağlığı arzulayıram!” – S.Rüstəmxanlı əlavə edib.