Sabirabadda həmyerlisini bıçaqlayan şəxs tutuldubackend

Sabirabadda həmyerlisini bıçaqlayan şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.\\“Unikal”