Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb – FOTObackend

Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda 17 yaşlı gənc oğlan su kanalına düşərək boğulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Məmişlər və Kürkəndi kəndləri ərazisindən keçən su kanalında qeydə alınıb.

Rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.