Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb.
Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
———————————–
Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.