Şabran və Siyəzəndəki meşə yanğınlarından dəhşətli VİDEObackend

Şabran və Siyəzəndəki meşə yanğınlarından dəhşətli VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə yanğınlarınnın genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülən tədbirlərə baxmayaraq, vəziyyəti nəzarətə almaq mümkün olmayıb.

NOCOMMENT.az xəbər verir ki, Şabran və Siyəzən rayonlarından olan sakinlərin sosial şəbəkələrdə paylaşdığı foto və videolar yanğının dəhşətini əks etdirir.

Hazırda həmin rayonların dağ kəndlərində acınacaqlı durmun hökm sürdüyü vurğulanır.

Yanğın əraziyə və orada məskunlaşan canlılara ciddi şəkildə ziyan vurmaqda davam edir.

Bölgədən gələn məlumatlara görə, təkcə Şabrandakı yanğınlar nəticəsində 12 kənd, 1000 hetkar ərazi, 16 ev, 25 tövlə, 40 taya, 200-yaxın ev heyvanı, 1000-lə ağac ziyan görüb. Ən çox zərər görən kəndlər Dağbilici və Zöhramı olub. Təkcə Dağbilici kəndində 7 ev ciddi zərər görüb, 1 ev isə tamamilə yanaraq kül olub.