Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən şəhərin bir neçə küçəsində aparılması nəzərdə tutulan əsaslı təmir işləri ilə bağlı elan olunmuş tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Koroğlu, Tofiq İsmayılov, Ceyhun Vasiqov, Almaz İldırım, Seyfəddin Balağayev, Salatın Əsgərova və Qaçaq Nəbi küçələrində təmir işlərinin həyata keçirilməsi planlaşdırılırdı. Layihənin ehtimal olunan dəyəri 330 min 450 manat idi.
Tenderin ləğvinə səbəb isə satınalmada iştirak üçün qanunvericiliklə tələb olunan minimum sayda – üçdən az təchizatçının müraciət etməsidir. Bu səbəbdən yetərsay təmin olunmadığına görə müsabiqənin keçirilməsi mümkün olmayıb.