Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar varbackend

Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Sultanov Sənan Sultan oğlu və 2010-cu il təvəllüdlü Həmidova Leyla Mehəddin qızı xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.