Şabranda iki kəndin əhalisi köçürüldü: Hazırda əkin sahələri yanırbackend

Şabranda iki kəndin əhalisi köçürüldü: Hazırda əkin sahələri yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda bir neçə gündür davam edən yanğınla bağlı artıq bir neçə kəndin əhalisinin təxliyə olunduğu bildirilir.

NOCOMMENT xəbər verir ki, bu barədə turan-a yerli sakinlər danışıblar.

Onların sözlərinə görə, Xəlfələr, Dağ Bilici və daha bir kəndin əhalisi təhlükəsiz yerə köçürülüb: “Hazırda əkinlər də yanır. Fövqəladə Hallar Nazirliyi və kənd əhalisi birləşərək yanğınları söndürməyə çalışır”.

FHN isə deyilib ki, havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olur: “Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər, 80-ə yaxın texnika, iki helikopter və bir “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub”.

Bildirilib ki, təkcə avqustun 17-də respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür.