Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.
Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.
Fakt araşdırılır.
Əldə etdimiz məlumata görə, ötən gün seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.
***
10:46
Şabrançayda meyiti tapılan şəxslərin kimliyi məlum olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
***
10.27
Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
APA-nın əldə etdiyi məlumata görə, faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.