Sabunçuda 3 nəfər zəhərlənibbackend

Sabunçuda 3 nəfər zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

NOCOMMENT xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Sabunçu qəsəbəsində 1958-ci il təvəllüdlü Alışova Solmaz Kamal qızı, Zabrat qəsəbəsində 1995-ci il təvəllüdlü Əhmədov Allahverdi Məhəbbət oğlu və Əliyar Əliyev küçəsində 1989-cu il təvəllüdlü Əliyeva Aygül Vaqif qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələr araşdırılır.