Sabunçuda ər arvadının boğazını KƏSDİbackend

Sabunçuda ər arvadının boğazını KƏSDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ər arvadının başını kəsib, sonra intihar edib.

NOCOMMENT-in modern-ə istinadən məlumatına görə, hadisə ötən gün paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o, özünün bilək nayihəsini doğrayaraq intihar edib.

Hər iki şəxsin meyiti evdən aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.