Sayğaclar dəyişdirildi, yeniləri ilə əvəzləndi. Amma, 4 aydır ki sərfiyyata görə borclarını ödəyə bilmirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Savalan qəsəbəsi 65 ci məhəllənin sakinləri iddia edirlər ki, avqust ayından onlara heç bir xəbərdarlıq edilmədən smart qaz sayğacları mexaniki ilə əvəzlənib. Amma, onlara ödəniş üçün kod verilməyib.
Sayğacın ödəniş kodu verilmədiyi üçün sakinlər aylardır qazdan istifadə etsələrdə, amma ödəniş edə bilmirlər. Hətta bununla bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etdiklərini deyirlər.
Azəriqaz İB-dən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ qrum tərəfindən araşdırılıb. Gələn həftədən etibarən abonentlərə yeni kodların ve bildirişlərin verilməsinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













