Saçımızı tökən saxta şampunlar – Ekspert: “Onlar Sumqayıtda istehsal olunur”backend

Saçımızı tökən saxta şampunlar – Ekspert: “Onlar Sumqayıtda istehsal olunur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar insanların əsas şikayətlərindən biri də şampunlarla bağlıdır. Onlar indiki təmizlik maddələrinin baş dərisində qaşınma verdiyini, saçı tökdüyünü və tez-tez yağlandırdığını bildirirlər. Buna səbəb nədir: tərkibindəki kimyəvi maddələr, yoxsa kefiyyətsiz məhsullar?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, cəmiyyətin saxta şampun və yuyucu vasitələr barədə şikayətləri həddindən artıq çoxdur.

“İllər boyudur, saxta şampunlar, yuyucu vasitələr barədə Azad İstehlakçılar Birliyinə şikayətlər gəlir. Bəzən nümunə də alıb gətirirlər və təsadüfi deyil ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi belə işlərdə ən öndə gedən, ən yaxşı ifşa edən bir dövlət qurumudur. Vaxtaşırı belə şeyləri müəyyən edir, ifşa edir, həbsləri həyata keçirir. Qeyd edim ki, bu cür saxta yuyucu məhsulların, saxta şampunların və sair istehsal zonası əsasən Sumqayıt şəhəridir. Çox təəssüflər olsun ki, Azərbaycanda bazarın təmizlənməsi ilə məşğul olan qurumlar media qurumları ilə heç bir iş aparmırlar, sanki özləri də şərikdir. Bazarda böyük problem yaşanır. Bu məhsulları ayırd etmək çox çətindir. Azərbaycan bazarı, xüsusən Sədərək bazarı çox unikal bazarlardan biridir ki, satanlar özləri saxta və original məhsulları deyir. Yəni özləri etiraf edirlər. Bu o deməkdir ki, hökumətin istehlakçı siyasəti o qədər bərbad gündədir ki, satıcı özü etiraf edir ki, saxtasını satıram. Bu, anormal haldır”.

Ekspert qeyd etdi ki, bu maddələr dəniz hövzələrini də korlayır:

“Bu sahədə şübhəsiz ki, insanların saçının tökülməsində, dəri xəstəliklərin əmələ gəlməsində, insanların dəri xəstəliklərinə tutulmasında, saçların tökülməsində saxta şampunların böyük rolu var. Lakin saçın tökülməsinin digər səbəbləri də var. Saxta şampunlar dəniz hövzələrinə axıdılır, oradakı mikrofloranı bərbad günə qoyur. Yeni standartlara uyğun mal istehsalı məsələsi ölkədə çox bərbad bir vəziyyətdədir. Ən böyük problem budur ki, ümumiyyətlə bütün malların satış şəbəkələrinin sənədləri olmur və burada saxta malların satışı üzə böyük vergidən yayınma baş verir”.

E.Hüseynov qeyd etdi ki, istehlakçılar belə hallardan şübhələnərsə, 599 -76-00 və yaxud sonda 82-83 telefonları ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.